Ailələri itən neftçilərin axtarışında - VİDEO

Ailələri itən neftçilərin axtarışında - VİDEO
  29 Dekabr 2015    Oxunub:3038
İtkin düşənlərin ailə üzvləri helikopterlərlə dənizə yola düşüblər.
Bu barədə AzVision.az-a SOCAR-dan məlumat verilib.

Bildirilib ki, dekabrın 29-da Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və SOCAR təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 saylı və “Günəşli” yatağındakı 10 saylı özüllərdə baş vermiş qəzalar zamanı itkin düşən neftçilərin ailə üzvlərinin istəyini nəzərə alaraq, onların helikopterlər vasitəsi ilə axtarış işlərində iştirakını təmin edib.

İtkin düşənlərin ailə üzvləri 3 helikopterdə axtarış briqadası ilə birlikdə Xəzərin Azərbaycan sektorunda aparılan bu işlərə cəlb olunublar. Helikopterlər artıq qəza rayonuna çatıb, ərazidə axtarış işlərinə qoşulub.



AzVision.az




Teqlər:  



Xəbər lenti