FHN əhaliyə müraciət etdi - Video
Ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl edilməlidir:
-qaz cihazı saz və standartlara uyğun olmalı;
-cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;
-havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;
-hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;
-tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.
Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir!
Ondan zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq. Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!
Təhlükə zamanı 112-yə zəng edin!
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


