Xidməti mənzillərin açarlarının təqdimetmə mərasimində hərbi qulluqçular və onların ailə üzvləri qarşısında çıxış edən müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkə başçısı və nazirliyin rəhbərliyi adından tədbir iştirakçılarını təbrik edib.
Sonra Müdafiə Nazirliyinin rəhbərliyi, komandanlıq heyəti və hərbi qulluqçuların ailə üzvləri ərazidə ağac və gül kolları əkiblər. Mərasim iştirakçıları yaradılan şəraitdən məmnun qaldıqlarını və göstərilən qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Yeni mənzillərin açarları hərbi qulluqçulara təqdim edildikdən sonra Müdafiə naziri general-polkovnik Z.Həsənov yaradılan şəraitlə tanış olub, ailələrin qayğıları ilə maraqlanıb və çay süfrəsi ətrafında söhbət edib.
Həmin gün müdafiə naziri hərbi hissə yaxınlğında tikintisi davam etdirilən təlim mərkəzi və atış poliqonunda da olub, inşaat işlərinin gedişatını yoxlayıb, lazımi göstəriş və tövsiyələrini verib.







Vaxtında, Aydın, Lazımlı!


