AZAL Türkiyəyə uçuşları təxirə salacaq?

AZAL Türkiyəyə uçuşları təxirə salacaq?
  30 Dekabr 2015    Oxunub:2344
"Türk Hava Yolları" şirkəti 30-31 dekabr tarixlərinə 142 reysini ləğv edib.
Dekabrın 31-də İstanbul Atatürk Hava Limanından Bakı, Naxçıvan və Gəncə istiqamətində həyata keçirilməsi nəzərdə tutulan uçuşlar da təxirə salınıb.

Şirkətin yaydığı məlumatda bildirilib ki, uçuşların təxirə salınması hava şəraiti ilə əlaqədardır.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Paşa Kəsəmənski AzVision.az-a bildirib ki, Azərbaycandan Türkiyəyə uçuşlar təxirə salınmayıb:

“Reysləri "Türk Hava Yolları" şirkəti təxirə salıb. Amma bizim tərəfdən uçuşlarda heç bir problem yoxdur. Türkiyəyə uçuşlar əvvəlki qaydada davam etdiriləcək”-deyə P.Kəsəmənski bildirib.

Gültəkin Əlsəgər


Teqlər:  



Xəbər lenti