AFFA “Kəpəz”-in cərimə borcunu sildi

AFFA “Kəpəz”-in cərimə borcunu sildi
  30 Dekabr 2015    Oxunub:1862
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
AzVision.az xəbər verir ki, yığıncaqda Topaz Premyer Liqasının XVIII turunun “Kəpəz” – “Neftçi” matçı ilə bağlı çıxarılan qərara yenidən baxılıb. Buna "Kəpəz" klubunun Apellyasiya və Ekspert Komitəsinə müraciəti səbəb olub. Sözügedən komitə isə müraciəti araşdıraraq məsələyə yenidən baxılması üçün İntizam Komitəsinə göndərib.

Müraciət İntizam Komitəsi tərəfindən yenidən müzakirəyə çıxarılıb və əvvəlki qərar dəyişdirilib. Belə ki, oyun gərgin mübarizə şəraitində keçdiyi və bu gərginlik oyun bitdikdən sonra hər iki klubun azarkeşlərinin davranışlarına sirayət etdiyi üçün azarkeşlər arasında qısamüddətli insident baş verib. Lakin polisin operativ müdaxiləsi nəticəsində baş vermiş hadisə tez aradan qaldırılıb.

Yuxarıda göstərilənlər və başa çatmış iki dövrənin yekununda "Kəpəz"in ev oyunlarında oxşar hadisələrin yaşanmaması, təhlükəsizliyin yüksək səviyyədə təmin olunması nəzərə alınaraq, İntizam Komitəsinin ötən iclasında Gəncə klubuna verilmiş cərimə ləğv olunub.

Qeyd edək ki, “Kəpəz”in bir qrup azarkeşi tərəfindən “Neftçi” fanatlarına daş atıldığı üçün Gəncə təmsilçisi ictimai asayişi və təhlükəsizliyi tam təmin etmədiyinə görə beş min manat cərimələnmişdi.


Teqlər:





Xəbər lenti