Azərbaycanlı qadın Türkiyədə vəhşicəsinə döyülüb

Azərbaycanlı qadın Türkiyədə vəhşicəsinə döyülüb
  02 İyul 2013    Oxunub:1544
Türkiyəyə gəlin köçən azərbaycanlı qadını qaynı və onun həyat yoldaşı döyüb.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin Aksaray şəhərində baş verib. 38 yaşlı Azərbaycan vətəndaşı Zəminə Novruzova Şahra Ş. adlı türk vətəndaşı ilə dini nikah qurub. Z.Novruzova onunla bir evdə yaşayan qaynı Ziyadə Ş. və onun arvadı Xədicə Ş. tərəfindən döyülüb.

Dünən gecə saat 22:00-da xəstəxanaya aparılan azərbaycanlı qadını qaynı və onun həyat yoldaşı döyüb. Xəstəxanadan verilən məlumata görə, qadının çənəsi və burnu qırılıb, başı yarılıb. Hazırda reanimasiyadır və vəziyyətinin ağır olduğu bildirilir.

Zəminə Novruzovanın döyülməsinə səbəb isə qaynının ondan traktordakı samanı aşağı endirməsini istəməsi olub. Z.Novruzova isə inəklərə qulluq etdiyini bildirərək, qaynının sözünü yerə salıb. Buna görə də, azərbaycanlı qadın qaynı və arvadı tərəfindən döyülüb.

Xədicə və Ziyadə Ş. polis tərəfindən nəzarətə alınıb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti