Bakıdan bir sıra xarici aviareys təxirə salınıb

Bakıdan bir sıra xarici aviareys təxirə salınıb
  31 Dekabr 2015    Oxunub:1489
Bu gün Bakı şəhərinin Heydər Əliyev Beynəlxalq Hava limanından bir sıra istiqamətlər üzrə uçuşlar təxirə salınıb.
Aeroportdan Report-a verilən məlumata görə, bu gün üçün Moskva, Dubay, Naxçıvan və İstanbula nəzərdə tutulan aviareyslər Yeni il bayramı ilə əlaqədar yerinə yetirilməyəcək. Bu reyslərin ilk üçü "Azərbaycan Hava Yolları", sonuncusu isə "Türk Hava Yolları"na məxsus olan aviareysdir.

AZAL-dan onu da qeyd ediblər ki, təxirə salınan reyslərlə bağlı öncədən sərnişinlərə məlumat verilib.
Təxirə salınan reyslər 2 yanvar 2016-cı il tarixindən aviareyslər adi qrafiklə yerinə yetiriləcək.




Teqlər:  





Xəbər lenti