İctimai nəqliyyat bayram qrafikində işləyəcək

İctimai nəqliyyat bayram qrafikində işləyəcək
  31 Dekabr 2015    Oxunub:1706
Bu gün Bakı metrosu Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə gecə saat 01:00-dək işləyəcək.
Bunu AzVision.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Qurum rəsmisinin sözlərinə görə, metro sabah adi günlərdən fərqli olaraq 1 saat çox işləyəcək: “Sabah metro gücləndirilmiş iş rejimində çalışacaq. Çünki Yeni il gecəsi Bakı Şəhər İcra Hakimiyyəti Dənizkənarı Milli Parkda bayram münasibətilə atəşfəşanlıq təşkil edəcək. Metropoliten də bunu nəzərə alaraq sakinlərin rahatlığını təmin etmək məqsədilə belə bir addım atacaq. Əgər sərnişin sıxlığı olsa, vaxt uzadıla bilər”.

Həmçinin paytaxt Bakıda ictimai nəqliyyatın hərəkət qrafikində də dəyişiklik olub. Nəqliyyat Nazirliyinin rəsmisi Şəfa Mehmanqızı bildirib ki, marşrut avtobusları gecə saat 01.00-a qədər işləyəcək. "BakuBus" avtobuslarının iş qrafiki isə daha uzun olacaq.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti