FHN-i aldadan Xaçmaz sakini tutuldu

FHN-i aldadan Xaçmaz sakini tutuldu
  31 Dekabr 2015    Oxunub:1867
FHN-ə zəng edərək yalan danışan şəxs tutulub.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 30-da saat 18:52-də özünü Süleymanov Samir adı ilə təqdim etmiş şəxs FHN-in “112” xidmətinə zəng edərək Xaçmaz rayonunda yerləşən “Almas” şadlıq sarayında və rayonun istənilən yerində partlayış olacağını bildirib.

Dərhal müvafiq əməliyyat tədbirləri həyata keçirilib, lakin məlumat təsdiqini tapmayıb.

Zəngin Xaçmaz şəhər sakini, 53 yaşlı Şamil Süleymanov tərəfindən edilməsi müəyyən edilib və rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Faktla əlaqədar cinayət işi başlanıb.

Azvision.az


Teqlər:





Xəbər lenti