Tovuz sakini fişəng atmaq istədi, barmağını itirdi

Tovuz sakini fişəng atmaq istədi, barmağını itirdi
  01 Yanvar 2016    Oxunub:2789
Tovuz sakini fişəng atmaq istəyərkən xəsarət alıb.
Hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb.

Kənd sakini, 1960-cı il təvəllüdlü Münasib Abbasov yeni il axşamı fişəng atmaq istəyərkən partlayıcı onun əlində açılıb və sağ əlindən xəsarət alıb.

Dərhal Tovuz Mərkəzi rayon xəstəxanasına çatdırılan M. Abbasovun sağ əlinin birinci barmağı amputasiya edilib.

Faktla bağlı araşdırma aparılır. (Apa)


Teqlər:  



Xəbər lenti