80 minlik qızıl oğurlayanlar tutuldu

80 minlik qızıl oğurlayanlar tutuldu
  01 Yanvar 2016    Oxunub:2680
Paytaxtda evdən oğurluq edənlər tutulub.
AzVision.az xəbər verir ki, bu barədə DİN məlumatında deyilir. Belə ki, dekabrın 24-də Sabunçu rayonunda yaşayan Vidadi Hüseynovun evindən pəncərədən girmək yolu ilə məişət əşyaları və dəmir seyfdən qapısı sındırılaraq 80 min manat dəyərində qızıl əşyalar oğurlanıb.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Yevgeniy Şepiya və Xalid Gülməmmədov tutulublar.

AzVision.az



Teqlər:  



Xəbər lenti