Qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq

Qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
  01 Yanvar 2016    Oxunub:3674
Sabah respublika ərazisində qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən xəbərə görə, yanvarın 2-də Bakıda və Abşeron yarımadasında havanın fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Gecə və səhər yolların buz bağlayacağı, çovğun olacağı ehtimalı var.

Havanın temperaturunun gecə 0-3° şaxta, gündüz 0-3° isti olacağı gözlənilir.

Yanvarın 2-də Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Yollar buz bağlayacaq.

Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 1-6° şaxta olacağı gözlənilir.

AzVision.az



Teqlər:  



Xəbər lenti