12 nəfər dəm qazından, 6 nəfər içkidən zəhərlənib

12 nəfər dəm qazından, 6 nəfər içkidən zəhərlənib
  02 Yanvar 2016    Oxunub:2215
Azərbaycanda bayram günlərində - 31 dekabr, 1 yanvar və 2 yanvar tarixlərində ümumilikdə 12 nəfər dəm qazından zəhərlənib.
AzVision.az xəbər verir ki bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin baş toksikoloqu, Klinik Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin müdiri Azər Maqsudov bildirib.

A. Maqsudov bildirib ki, dəm qazından zəhərlənmə ilə bağlı ölüm faktı və ağırlaşma halları qeydə alınmayıb.

Alkoqoldan zəhərlənmə ilə bağlı isə 6 fakt qeydə alınıb.

AzVision.az


Teqlər:



Xəbər lenti