Neymar Avropada ilin ən yaxşısı seçildi

Neymar Avropada ilin ən yaxşısı seçildi
  03 Yanvar 2016    Oxunub:1988
İspaniyanın “Barselona” klubunun hücumçusu Neymar 2015-ci ildə Braziliyanın Avropada ən yaxşı futbolçusu seçilib.
Neymar Avropada ilin ən yaxşı braziliyalı futbolçusuna təqdim edilən “Qızıl samba” mükafatına ardıcıl olaraq ikinci dəfə layiq görülüb.

Mükafatın sahibi braziliyalı jurnalistlər, ölkənin tanınmış keçmiş futbolçuları və internet istifadəçiləri arasında keçirilən sorğunun nəticələri əsasında müəyyənləşdirilib. Səslərin 37,87 faizini toplayan Neymar Almaniyanın “Bavariya” klubunun hücumçusu Kosta Duqlası (13 faiz) və İtaliyanın “İnter” komandasının yarımmüdafiəçisi Felip Melonu (9,39 faiz) böyük üstünlüklə geridə qoyub.

AzVision.az


Teqlər:





Xəbər lenti