Türk təyyarələrində erməni qəzetləri

Türk təyyarələrində erməni qəzetləri
  21 Fevral 2013    Oxunub:2096
Türk Hava Yollarının pulsuz payladığı qəzetlərin arasına Hrant Dinkin “AGOS”u da əlavə olunub.
Türk Hava Yolları 2007-ci ildə öldürülən erməni jurnalist Hrant Dink tərəfindən qurulan və həftəlik tirajı 5 mindən artıq olmayan “AGOS” qəzetini pulsuz paylamağa başlayıb. Bu barədə rəsmi açıqlama qəzet rəhbərliyindən gəlib:
“Agos ilə THY arasınd əldə edilən razılıq əsasında THY ilə xaricə uçan sərnişinlər artıq “AGOS”u pulsuz oxuya biləcək. Agos ilə THY arasında əməkdaşlıq yaxın günlərdə bəzi xarici səfərləri də əhatə edəcək şəkildə genişlənəcək”.
Xatırladaq ki, Türk Hava Yollarının bir müddət öncə ölkənin ən çox oxunan 5 qəzetindən biri, 28 min tirajla nəşr olunan “Sözcü” qəzetini bu kampaniyadan kənarlaşdırması böyük səs-küyə səbəb olmuşdu.







Teqlər:  





Xəbər lenti