İtkin düşən neftçiləri 3 gəmi axtarır

İtkin düşən neftçiləri 3 gəmi axtarır
  04 Yanvar 2016    Oxunub:2425
“Günəşli” yatağında baş verən hadisə zamanı itkin düşən neftçilərin axtarışları davam etdirilir. Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) 3 gəmisi axtarışlar aparır.
Bu barədə AzVision.az-a “Azneft” İstehsalat Birliyindən (İB) məlumat verilib.

Bildirilib ki, Türkmənistan istiqamətində axtarışlar daha da gücləndirilib. Belə ki, itkin düşən neftçilərin cəsədi daha çox bu istiqamətdə tapılıb.

Qeyd olunub ki, hazırda “Günəşli” yatağında yanğın davam edir və yanğının söndürülməsi ilə 2 gəmi məşğuldur. ABŞ-dan gələn mütəxəssislərin xüsusi qurğuları quraşdırılıb və işlər aparılır.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağında faciə baş verib. Hadisə zamanı 33 nəfər xilas edilib, 7 nəfər həlak olub.

Hazırda itkin düşən neftçilərin axtarışı davam etdirilir.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti