Lənkəranda yol qəzası: ölən və yaralanan var

Lənkəranda yol qəzası: ölən və yaralanan var
  04 Yanvar 2016    Oxunub:1983
Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə yanvarın 4-də saat 13.30 radələrində Lənkəran-Boradigah şosesinin rayonun Separadi kəndindən keçən hissəsində qeydə alınıb.

Masallı rayon sakininin idarə etdiyi “VAZ-21015” markalı minik avtomobili Lənkəranın Separadi kənd sakini Ayaz Salayevin idarə etdiyi “Muravey” markalı motosikletlə toqquşub. Güclü zərbədən motosikletin sürücü aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Motosikletin qoşqu yerində əyləşmiş sürücünün yaxın qohumu Həmzə Mütəllimov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanıb.(apa)


Teqlər:  



Xəbər lenti