Tətil bitdi, rayonlara gedənlər qayıdır - VİDEO
Yeni il tətili qurtardı, rayonlara gedənlər geri qayıdır. Bu səbəbdən avtovagzallarda sıxlıq yaranıb. Gəncənin avtovağzalında bayram tətilinin son günündə sərnişin sıxlığı müşahidə olunub. Paytaxta yola düşmək istəyənlərin çoxluğu nəzərə alınaraq xəttə əlavə avtobuslar çıxarılıb. Lakin bəzi sürücülər sərnişin çoxluğunu fürsət bilib, qiyməti qaldırıb.
Zaqatalada avtobuslara bilet tapa bilməyən paytaxta mikroavtobuslarda ya da qatarla qayıtmalı olub. Rayon avtovağzalından bildirilib ki, sıxlıga görə əlavə maşınlar ayrılıb.
Bayramı yaxınları ilə qeyd etmək üçün Lənkərana üz tutanlar da paytaxta qayıdır. Sıxlıq yaranacağını bilənlər biletlərini əvvəlcədən alıblar. (Xəzər tv)
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


