Millimiz heç-heçə etdi

Millimiz heç-heçə etdi
  05 Yanvar 2016    Oxunub:1607
FİFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yanvarın 4-də ilk oyununu keçirib.

Sankt-Peterburqda təşkil olunan turnirdə yığmamız Latviyanın U-19 komandası ilə qarşılaşıb. Peterburqski İdman-Konsert Kompleksində keçirilmiş oyun 1:1 hesabı ilə başa çatıb.

Futbolçularımız növbəti oyununu yanvarın 6-da Bolqarıstanın U-19 komandasına qarşı keçirəcək.


Teqlər:





Xəbər lenti