“Günəşli” bir aydır yanır - Axtarışlar hələ də davam edir
Bu barədə AzVision.az-a “Azneft” İstehsalat Birliyindən (İB) məlumat verilib.
Bildirilib ki, gəmilərdən ikisi uzaq məsafələrdə, biri isə sahilboyu ərazilərdə axtarışlar aparır.
Qeyd olunub ki, hazırda “Günəşli” yatağında yanğın davam edir və yanğının söndürülməsi ilə 2 gəmi məşğuldur. ABŞ-dan gələn mütəxəssislərin xüsusi qurğuları quraşdırılıb və işlər davam etdirilir.
Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağında faciə baş verib. Hadisə zamanı 33 nəfər xilas edilib, 10 nəfərin cəsədi tapılıb.
Hazırda itkin düşən neftçilərin axtarışı davam etdirilir.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


