Le Penin toxunulmazlığı əlindən alınıb

Le Penin toxunulmazlığı əlindən alınıb
  03 İyul 2013    Oxunub:1224
O, məhkəmə qarşısında cavab verməli olacaq
Avropa Parlamenti Fransanın qatı sağçı “Milli front”nun rəhbəri Marin Le Penin toxunulmazlığını əlindən alıb. İndi onu öz vətənində irqi ayrıseçkiliyə təhrikə görə mühakimə edə biləcəklər. Qeyd edək ki, Le Pen, hələ 2011-ci ildə, küçədə namaz qılan, dua edən müsəlmanları faşistlərin Fransanı işğalına bənzətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli idi. Amma o zaman Le Pen Avropa Parlamentinin üzvü və toxunulmaz olduğuna görə məsuliyyətə cəlb edilə bilməzdi.

Səbinə Həsənova
AzVision.az


Teqlər:  





Xəbər lenti