Nazirlik 111386 müraciəti cavablandırıb

Nazirlik 111386 müraciəti cavablandırıb
  05 Yanvar 2016    Oxunub:1273
2015-ci il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 - “Çağrı mərkəzi” tərəfindən 111386 müraciət cavablandırılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, onlardan 4857-si (38,8%) sosial təminat, 2775-i (22,2%) əmək qanunvericiliyi, 2122-si (17 %) nazirliyin elektron xidmətlərindən istifadə, 1484-ü (11,9%) tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası və 1270-i (10,1%) məşğulluq məsələlərini əhatə edib. Müraciətlərin 11762-si (94%) qeyd olunan sahələrlə bağlı sorğu xarakteri daşıyıb və sorğularla bağlı vətəndaşlara ətraflı hüquqi izahatlar verilib. Daxil olan 746 müraciətdə isə müvafiq sahələrlə əlaqədar təklif və şikayətlər ifadə olunub və həmin müraciətlər araşdırılaraq cavablandırılması üçün müraciət vərəqəsi tərtib edilməklə nazirliyin aidiyyəti struktur bölmələrinə göndərilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən istifadə ilə əlaqədar müraciətlərin sayı ötən ay da artmaqda davam edib. Bu məsələ ilə əlaqədar müraciətlər ötən ilin dekabr ayında noyabr ayı ilə müqayisədə 37% artıb.

Ümumilikdə 2015-ci il ərzində 142-“Çağrı mərkəzi” tərəfindən 111386 müraciət cavablandırılıb ki, onlardan 40,4%-i sosial təminat, 23,9%-i əmək qanunvericiliyi, 16,2%-i nazirliyin elektron xidmətlərindən istifadə, 11%-i tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 8,5%-i məşğulluq məsələlərinə aid olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti