“İsa Qəmbər bilir ki…” - REAKSİYALAR

“İsa Qəmbər bilir ki…” - REAKSİYALAR
  03 İyul 2013    Oxunub:1331
Dünən Milli Şura taleyni həll edəcək bir qərar verib, Rüstəm İbrahimbəyovu öz vahid namizədi kimi seçdi. Lakin bu addım bir çoxlarında suallar doğurdu. Onun bu addımı planlarının tərkib hissəsi kimi qiymətləndirildi. Və “Facebook “sosial şəbəkəsində Müsavat başqanı ciddi tənqidlərə məruz qaldı .
REAL hərəkatının həmtəsisçisi Natiq Cəfərli sosial şəbəkədə bu məsələyə belə münasibət bildirib:
- İsa bəy çıxışında deyib: “Müsavat Partiyasının müzakirələrdən sonra rəsmi qərarını təqdim etmək istəyirəm. MŞ-nın vahid namizəd haqqında mövqeyimiz ondan ibarətdir ki, R. İbrahimbəyovun vahid namizəd olmasını qəbul edirik. Eyni zamanda Şuranın namizədinin qeydə alınmasına qədər Müsavat Ali Məclisin prezidentliyə namizəd haqqındakı 4 yanvar qərarı qüvvədə qalır”.
İsa bəyin arqumentlərini, çəkincələrini anlayıram, amma Rüstəm bəyin namizədliyinin qeydə alınmasını şərt kimi göstərmək, buna qədər isə İsa bəyin özünün namizəd kimi seçkilərə gedəcəyini bildirmək (4 yanvar qərarı budur), düşünürəm ki, çox həssas məsələdir. Hakimiyyət belə bir oyuna gedə bilər ki, Rüstəm bəyi qeydə almasın, sonda İsa bəyi qeydə alsın, bu isə Milli Şura və birlik fəlsəfəsini heçə endirə bilər”.

Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı da vahid namizədlə bağlı facebookda öz mövqeyini bildirib:

- İsa bəyin Bugünkü bəyanatının həmin hissəsi Milli Şura ilə bağlı razılaşmalara ziddir. Hamı, eləcə də Müsavat partiyası bu birliyə girəndə seçkilər və namizədlə bağlı Milli Şuranın birgə qərarını dəstəyəcəklərini bəyan ediblər. İndi Rüstəmi qeydə almayacaqlarsa, Milli Şura yeni namizəd verə bilər. Müsavat partiyası yox. Həm də İsa bəyin məntiqindən çıxış etsək onda İsa bəyi də qeydə almayacaqları halda ehtiyat daha 1 namizəd də müəyyən etməliyik.

APA İnformasiya Agentliyinin baş direktor müavini Cavid İsmayıl isə İsa Qəmbərin dərdini bir qədər də obrazlı şəkildə İfadə edib: “25 il siyasətdə olasan, sonra da gəlib siyasətdə olmayan kinodramaturqun prezidentliyə namizədliyini dəstəkləyəsən. Böyük dərddir, hətta çəkiləsi dərd deyil. Amma bizim hərəkatçı nəsil bunu da çəkməyi bacardı. Düz deyirlər: "Siyasət - mümkünsüzləri mümkün etmə sənətidir".

Adı çəkilən informasiya agentliyinin digər əməkdaşı Elmin Həsənli isə İsa Qəmbərin niyətlərindən danışıb: “İsa Qəmbər bilir ki, Rüstəmin namizədliyin qeydə almayacaqlar (yaxud ölkəyə buraxmayacaqlar), ona görə dəstəkləyir...
Əli Kərimli bilir ki, Rüstəm olmayacaq namizəd, İsa Qəmbər olacaq və "uduzacaq". O da öz adını qoruyacaq... Digərləri də bilirlər ki, heç vaxt prezident olmaq şansları yoxdur, ona görə də hamıya qoşulub dəstəkləyirlər...”

AzVision.az


Teqlər:  





Xəbər lenti