Axtarışlar bu gün də davam edir

Axtarışlar bu gün də davam edir
  06 Yanvar 2016    Oxunub:1613
“Günəşli” yatağında baş verən hadisə zamanı itkin düşən neftçilərin axtarışları davam etdirilir. Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) 3 gəmisi axtarışlar aparır.
Bu barədə AzVision.az-a “Azneft” İstehsalat Birliyindən (İB) məlumat verilib.

Bildirilib ki, gəmilərdən ikisi uzaq məsafədə, biri isə sahilboyu ərazilərdə axtarışlar aparır.

Qeyd olunub ki, hazırda “Günəşli” yatağında yanğın davam edir və BP-yə məxsus 2 gəmi yanğının söndürülməsi ilə məşğuldur. Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 gəmisi həmin ərazidə monitorinq aparır. ABŞ-dan gələn mütəxəssislərin xüsusi qurğuları quraşdırılıb və işlər davam etdirilir.

Həmçinin Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin 14 nəfər canlı qüvvəsi Pirallahı ərazisində sahilboyu axtarışlar aparır.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağında faciə baş verib. Hadisə zamanı 33 nəfər xilas edilib, 10 nəfərin cəsədi tapılıb.

Hazırda itkin düşən neftçilərin axtarışı davam etdirilir.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti