Maşınlara texniki baxışı dövrü başladı
Digər xarici ölkələrdə istehsal olunan minik avtomobilləri isə 1 may-31 iyul tarixində texniki baxışa cəlb edilməlidir. Yük avtomobilləri və avtobusların texniki baxış müddəti isə 1 avqust – 31 oktyabr tarixi arasındadır.
Nəqliyyаt vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəхslər 50 mаnаt , vəzifəli şəхslər 100 mаnаt, hüquqi şəхslər 300 mаnаt cərimə edilirlər.
Azərbaycanda Nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə аvtonəqliyyаt vаsitələri üçün - 20 mаnаt, motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün - 10 mаnаt ödənilməlidir.
Minik avtomobilləri, avtobuslar və digər avtomobil nəqliyyatı vasitələrinin mühərrik həcminin hər kubsantimetrinə görə - 1 qəpik, mühərrikin həcmi 2000 kubsantimetrdən 3000 kubsantimetrədək olduqda 20 manat + mühərrikin həcminin 2000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə - 2 qəpik, mühərrikin həcmi 3000 kubsantimetrdən 4000 kubsantimetrədək olduqda 40 manat + mühərrikin həcminin 3000 kub santimetrdən çox olan hissəsinin hər kubsantimetrinə görə 3 qəpik, mühərrikin həcmi 4000 kubsantimetrdən 5000 kubsantimetrədək olduqda 70 manat + mühərrikin həcminin 4000 kubsantimetrdən çox olan hissəsinin hər kubsantimetrinə görə - 4 qəpik, mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 110 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox olan hissəsinin hər kubsantimetrinə görə 5 qəpik yol vergisi tutulur.
Qeyd edək ki, minik avtomobilləri və motosikletlər istehsal olunduğu vaxtdan hesablanmaqla 5-ci, 7-ci, 9-cu, 11-ci və sonrakı hər il texniki baxışdan keçirilməlidir. Belə ki, Avtomobillər istehsal olunduqları vaxtdan 4 il müddətinə texniki baxışdan azaddır. Həmin avtomobillərin istehsal tarixi dörd ili keçdikdən sonra - iki ildə bir dəfə, istehsal tarixi on il keçdikdən sonra – ildə bir dəfə texniki baxışdan keçiriləcək.







Vaxtında, Aydın, Lazımlı!


