AFFA-dan klublara transfer qadağası

AFFA-dan klublara transfer qadağası
  06 Yanvar 2016    Oxunub:1914
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
AzVision.az xəbər verir ki, yığıncaqda yalnız bir məsələ müzakirə olunub. Belə ki, Peşəkar Futbol Liqası (PFL) İntizam Komitəsinə məktub ünvanlayaraq, Topaz Premyer Liqasında çıxış edən klubların (“Qarabağ” FK istisna olmaqla) legioner futbolçular üçün nəzərdə tutulan üzvlük haqqı və cərimələrdən ibarət olan PFL-ə ödənilməmiş borclarının olduğunu və borcların son ödəmə tarixinin 29 yanvar 2016-cı il kimi qeyd olunduğunu bildirib.

Eyni zamanda PFL təyin edilmiş tarixə kimi borcunu ödəməyən klublara qarşı yeni (yerli və legioner) futbolçuların qeydiyyatını və hazırda heyətdə olan legioner futbolçuların növbəti turlarda iştirakına qadağa qoyulması ilə bağlı da İntizam Komitəsinə müraciət edib.

Yuxarıda göstərilənləri nəzərə alaraq 29 yanvar 2016-cı il tarixinə kimi PFL-ə olan borcunu ödəməyən klublara qarşı İntizam Komitəsi aşağıdakı cəzaları tətbiq edib:

- Yeni (yerli və legioner) futbolçuların qeydiyyatına qadağa qoyulsun.

- Hazırda heyətdə olan legioner futbolçuların növbəti turlarda iştirakına qadağa qoyulsun (borc ödənilənədək tarixə kimi).

- Borcunu ödəmiş kluba qarşı cəzalar qüvvədən düşür.


Teqlər:  





Xəbər lenti