ASAN Xidmətə qeyri-adi təbrik - FOTOLAR

ASAN Xidmətə qeyri-adi təbrik - FOTOLAR
  06 Yanvar 2016    Oxunub:4167
Bir müddət öncə dünya turuna çıxan Azərbaycanlı velosəyyah Tural Abasov turun birinci mərhələsində qədim İpək Yolu boyunca, Orta Asiyadan keçməklə, Bakıdan Çinə qədər yol qət edərək, Böyük İpək yolu marşurutunu başa vurub. O, 215 günə 6224 km məsafəni velosipedlə gedərək Çinə çatıb.

Səyahət həvəskarı olan Tural Abbasov bir vətəndaş kimi Azərbaycanda şəffaf və innovativ xidmət olan “ASAN xidmət”in 3 illik fəaliyyəti münasibətilə Çində qədim İpək Yolunu başa vurmaqla qurumun 3 yaşını özünəməxsus şəkildə qeyd edərək ASAN-ın bayrağını dalğalandırıb.

Qeyd edək ki, Tural Abbasov bundan sonra Avstraliya, Cənubi və Şimali Amerika, Avropa və Afrika qitələri üzrə velosəyahətini davam edərək Azərbaycana qayıdacaq.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti