Planetlərin paradı olmayacaq

Planetlərin paradı olmayacaq
  06 Yanvar 2016    Oxunub:2844
Əslində bu planetlərin paradı deyil. Sadəcə planetlərin göydə görüntüsü paradı xatırladacaq. Planetlər ardıcıl olaraq düzüləcək.
AzVision.az xəbər verir ki, bu barədə “Avto FM”-ə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

“Planetlərin paradı xatırladan görüntüsü ən yaxşı yanvarın 29-dan sonra görünəcək.Yupiter, Ay, Mars, Saturn, Venera, Merkuri yanvarın 29-da, səhər saat 7 radələrində parad şəklində düzüləcək. Ayın 30 və 31-də də eyni ardıcılıq davam edəcək”, - deyə rəsədxanadan bildirilib.

Həmçinin Şamaxı Astrofizika Rəsədxanasından qeyd ediblər ki, yaranacaq bu vəziyyət əhalini narahat etməməlidir, sadəcə planetlərin göy üzündə düzülüşünə baxıb zövq almaq lazımdır.


Teqlər:





Xəbər lenti