Polis “Baron Şəmi”ni tutdu

Polis “Baron Şəmi”ni tutdu
  07 Yanvar 2016    Oxunub:3842
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhərində yaşayan, əvvəllər 6 dəfə məhkum olunmuş, “Baron Şəmi” ləqəbli Şəmsəddin Kərimov şübhəli şəxs qismində saxlanılıb.
DİN-in mətbuat xidmətindən AzVision.az- a verilən xəbərə görə, baxış zamanı ona məxsus evin həyətindəki quyudan gizlətdiyi ümumi çəkisi 28 kiloqrama yaxın narkotik vasitə, o cümlədən 12 kiloqram 550 qram həşiş qətranı, 7 kiloqram 110 qram tiryək, 6 kiloqram 981 qram heroin və 1 kiloqram 137 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Teqlər:  



Xəbər lenti