
“Həmçinin, yoxlamalar zamanı 23 aptekdə reseptlə buraxılmalı olan dərman vasitələrinin reseptsiz satıldığı, yetkinlik yaşına çatmayanlara dərmanların buraxılması qaydalarının pozulduğu müəyyən olunub və aptek rəhbərlərinə həmin Məcəllənin 230.1-ci maddəsi ilə protokollar tərtib edilib.
Bundan əlavə, qeydiyyatsız dərman vasitələrinin satışı ilə məşğul olan, habelə reseptlə satılmalı dərmanları reseptsiz satan iki aptekin fəaliyyəti dayandırılıb, bir aptekin lisenziyası ləğv edilib. 2015-ci ildə aparılan yoxlamalar nəticəsində 835 seriyada (2874 qutu) qeydiyyatsız və dövlət nəzarətindən keçməmiş dərman preparatı satışdan çıxarılıb”.
Onun sözlərinə görə, hazırda Azərbaycan Respublikası dərman vasitələrinin Reyestrində 4700-dən çox preparat var. Ötən il ərzində 803 dərman dövlət qeydiyyatına alınıb, ilkin ixtisaslaşdırılmış ekspertizada 203, ixtisaslaşdırılmış ekspertizada isə 195 dərman vasitəsindən imtina edilib.







Vaxtında, Aydın, Lazımlı!


