`Avtovağzalının qarşısındakı sürüşmə sabitləşib` - Baş geoloq

`Avtovağzalının qarşısındakı sürüşmə sabitləşib` - Baş geoloq
  08 Yanvar 2016    Oxunub:1450
“Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı sürüşmə sahəsi tam sabitləşib”.
AzVision.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

O qeyd edib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında bərpa-gücləndirmə işləri davam etdirilir: “Artıq birinci istinad divarı bərkidilib. İkinci istinad divarının da bərkidilməsi istiqamətində iş aparılır. Hazırda ərazidə nə istinad divarların hərəkəti, nə də çökmə prosesi davam edir. Təxminən ötən ilin sonunda ərazidə müəyyən qədər dəyişiklik müşahidə edilmişdi, lakin hazırda hər hansı aktivlik yoxdur”.


Teqlər:





Xəbər lenti