Gürcüstanda prezident seçkilərinin vaxtı müəyyənləşdi

Gürcüstanda prezident seçkilərinin vaxtı müəyyənləşdi
  04 İyul 2013    Oxunub:1150
Gürcüstanda prezident seçkiləri 27 oktyabrda keçiriləcək
AzVision.az gürcü KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Prezident Adminstrasiyanın rəhbəri qeyri-hökümət təşkilatlarının nümayəndələrinin görüşü zamanı məlumat verib.

Lakin, QHT nümayəndələri seçki vaxtının dəyişdirilməsini tələb ediblər. Buna səbəb kimi isə seçki gününün 4-cü günə düşməsini göstərirlər. Onlar bildirirlər ki, Gürcüstanda bu gün qeyri-iş günüdür. QHT nümayəndələrinin sözlərinə görə, belə olan halda vətəndaşlar seçkilərdə iştirak edə bilməyəcək, əsasən də xaricdə yaşayan Gürcüstan vətəndaşları.

Günəş Fərhadlı



Teqlər:  





Xəbər lenti