Mursi Qərbi günahlandırdı

Mursi Qərbi günahlandırdı
  31 Yanvar 2013    Oxunub:2292
Almaniyaya səfər etmiş Misir prezidenti Məhəmməd Mursi ölkəsində cərəyan edən olaylarda qərb dövlətlərini günahlandırıb. Mursi bəyan edib ki, həmin bu qərb dövlətləri on illər ərzində xalqına zülm etmiş rejimləri dəstəkləyib.
Misir lideri qərb dövlətlərini siyasi və iqtisadi maraqlarını üstün tutmaqla, haqqı pozulmuş xalqların hüquqlarının qorunmağına göz yummaqda ittiham edib.

Bərabər hüquqlu dialoqun gercəkləşməsini istəyən Mursi sadaladığı vəziyyətin qəbul edilməyəcəyini diqqətə catdırıb. Gərgin vəziyyətlə bağlı Almaniya səfər proqramını qısaldan dövlər başçısı artıq gecə saatlarında Qəhirəyə qayıdıb.

Bu arada son bir gün ərzində paytaxt Qahirə və digər Misir şəhərlərində 4 nəfər özbaşınalığın qurbanı olub. Onlarla yaralının olduğu bildirilir. Məlumatı Misir Səhiyyə nazirliyinin rəsmi nümayəndəsi Əhməd Omr təsdiqləyib.


Teqlər:  





Xəbər lenti