İnqilabçılar 100 qadını zorladı

İnqilabçılar 100 qadını zorladı
  04 İyul 2013    Oxunub:1273
Təcavüzkarlar hələ də cəzalandırılmayıblar.
İnsan haqları üzrə qeyri hökumət təşkilatı Human Rights Watch-un məlumatına görə təkcə son 4 gün ərzində Misirin paytaxtı Qahirənin mərkəzində seksual zəmində azı 91 zorakılıq faktı qeydə alınıb.

Məlumatda bildirilir ki, “Misirin seksual zorakılıqla bağlı mübarizə qrupu Təhrir meydanında aksiya iştirakçılarının cinsi təcavüzə məruz qaldığını və azı 91 qadının zorlandığını təsdiq edib.”

Qeyd edək ki, bütün bunlar cinayətkarların cəzalandırılmaması fonunda baş verib. Şübhə yoxdur ki, analoji hallar Təhrir meydanından başqa ərazilərdə, etiraz aksiyaları keçirilən digər şəhərlərdə də baş verib.

Bu arada Suriyada bu kimi cinayətlər bir növ adi hala çevrilib. Belə ki, Suriyada sələfi şeyxlərindən birinin verdiyi fətvaya görə sünnü olmayan bütün qadınları zorlamğa icazə verilir. Əslən İordaniyadan olan şeyx Yasir əl-Aclavni bəyan edib ki,” İstənilən xristian və ələvi qadını qaçırmaq, zorlamaq İslam qaydalarına zidd deyildir.” Bu barədə AzVision. Az Vatikanın Fides xəbər agentliyinə istinadən məlumat verir.

Dəhşətli təcavüz faktlarında biri də silahlıların Suriyanın Kuseyr şəhərini işğalı zamanı baş verib. Komitet_libya “Canlı Jurnal”ı yazır ki, Kuseyr şəhərini 15 yaşlı sakini Məryəm “Cebhat ən-Nüsrə” qruplaşmasının silahlıları tərəfindən təcavüzə məruz qalıb. Əvvəlcə “Cebhat ən-Nüsrə” batalyonunun komandiri milliyyətcə xristian olan Məryəmlə evlənir, bir gündən sonra onu boşayır və əsgərlərinə “təhvil” verir. Bu hal 15 gün davam edir, bu günlər ərzində azyaşlı qıza 15 silahlı təcavüz edir. Nəhayət qız ağlını itirir, sonra isə özünə qəsd edir.

Qeyd edək ki, Suriya ordusu 2013-cü il iyunun 5-də Kuseyr şəhərini silahlılardan azad edib.

Hazırda din xadimləri beynəlxalq komissiyanı məsələyə biganə qalmamağa çağırır.

Səbinə Həsnova
AzVision.az



Teqlər:





Xəbər lenti