“Müxalifət birləşməyə gecikdi”

“Müxalifət birləşməyə gecikdi”
  21 Fevral 2013    Oxunub:1518
“Müxalifət düşərgəsində mövcud durğunluğun səbəbi vaxtında lazımi qərarların qəbul olunmamasıdır”. Bunu açıqlamasında Azərbaycan Demokrat Partiyası (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
Cəlaloğlu bildirib ki, zaman baxımından qərarların qəbulu artıq gecikib: “Müxalifətin birləşməsi, vahid komanda ilə çıxış etməsi, ölkə və beynəlxalq ictimaiyyətə konkret ismarışla yönəlməsi kimi qərarlar vaxtında qəbul olunmalı idi. Bundan sonra sadaladığım qərarlar qəbul olunsa belə, effekti yüksək olmayacaq. Çünki zaman siyasətdə çox önəmlidir”.
Mühüm həlledici siyasi hadisə ərəfəsində Azərbaycan müxalifətinin daxilində mərkəzdənqaçma meylləri güclənib. Bunun ilkin nümunəsi İctimai Palatanı təşkil edən iki əsas siyasi qurum – Müsavat və AXC partiyalarının qarşılıqlı münasibətlərində göründü. Müsavat partiyası sadəcə AXCP-yə “atdı”.
Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Asəf Quliyev deyir ki: “Heç zaman heç nə gec deyil”. Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə isə düşünür ki: “Azərbaycan müxalifətini təmsil edənlər ona görə birləşə bilmədilər ki, onların ambisiyaları ağıllarından çoxdur”.


Teqlər:  





Xəbər lenti