Bakıda bahalı maşınlar icarəyə götürən ərəblər VİP turizm xidmətlərindən yararlanıblar. Ərəblər özləri ilə şəxsi aşbazlarını, mühasiblərini və hətta sürürülərini də gətiriblər. 4 gün İmişlidə ov edən şeyxlər bu müddət ərzində kabab keyfi də ediblər.
Qeyd edək ki, Abu-Dabi neft gəlirləri sayəsində müasir bir şəhər halına gəlib. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tərkibinə daxil olan yeddi əmirlikdən biridir. Abu-Dabi dünyadakı neft ehtiyatları baxımından ən şanslı ölkələr arasındadır.
Abu-Dabi bir ada olmasına baxmayaraq, bu əmirliyi quruya 3 böyük körpü bağlayır. Digər körfəz ölkələrində olduğu kimi, burada da çöl iqlimi hakimdir.
AzVision.az BAKU.WS-ə istinadən fotoqraf Orxan Məmmədovun səfərlə bağlı çəkdiyi şəkilləri təqdim edir: