Misirin baş naziri məlum oldu

Misirin baş naziri məlum oldu
  05 İyul 2013    Oxunub:1183
“Təmərrüd” hərəkatı Misirin baş naziri postuna Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) keçmiş başçısı əl-Baradeyinin namizədliyini irəli sürüb.
AzVision.az xarici mətbuata istinadən bildirir ki, misir hərbçiləri də əl-Baradeyini dəstəkləyirlər. Bu barədə hərəkatın rəsmi Facebook səhifəsində bildirilib. Qeyd edək ki, əl-Baradeyi prezident Məhəmməd Mursi ilə danışıqlarda misir müxalifətinin nümayəndəsi kimi seçilmişdi.

Misir ordusu Mursini hakimiyyətdən kənarlaşdırdıqdan sonra Konstitusiya Məhkəməsinin başçısı Adli Mansuru ölkənin müvəqqəti prezidenti təyin edib. Eyni zamanda, ordu ölkədə yeni “bərpaetmə” inqilabı elan edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti