Formula-1: Bakı startının saatı açıqlandı

Formula-1: Bakı startının saatı açıqlandı
  22 Yanvar 2016    Oxunub:2988
Qarşıdakı mövsüm Formula1 tarixində ən uzun olacaq – çempionatın təqvimində 21 Qran Pri yeri alıb. Bu gün çempionatın rəsmi saytında 2016-cı ildə keçirilən yarışların start vaxtı dərc olunub.

AzVision.az f-1.az-a istinadla bildirir ki, Bakıda baş tutacaq debüt Avropa Qran Prisinin startı yerli vaxtla 18:00-a təsadüf edəcək. Yarışın belə gec başlamasının səbəbi həmin günü Fransada keçirilən Le Man marafonunun finişidir – 24 saatlıq yarış bizim vaxtla saat 17:00-da başa çatmalıdır. İyun ayında ölkəmizdə günəşin saat 21:15-dən sonra batmasını nəzərə alsaq, yarışın belə gec başlaması problem olmamalıdır.

Xatırladaq ki, mövsümün ilk yarışı Avstraliyada baş tutacaq – Melburnda Albert Parkda keçirilən yarış bizim vaxtla saat 09:00-da start alacaq. Aşağıdakı cədvəldə digər yarışların Bakı vaxtılə başlanma saatı göstərilib…





Teqlər:  





Xəbər lenti