Gömrük postunda 1 sellofan narkotik

Gömrük postunda 1 sellofan narkotik
  21 Fevral 2013    Oxunub:1364
İrandan gələn şəxsdə metadon məhlulu aşkar olunub.
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan piyada yolla Azərbaycana gələn Müzəffər Tağızadənin əl yüklərinə baxış keçirilib. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Müzəffər Tağızadəyə məxsus 1 ədəd sellofan torbada 3 ədəd plastmas qabda cəmi 3500 ml həcmində metadon məhlulu aşkar olunaraq götürülüb.

Metadon məhlulu “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və 3500 ml məhlulda metadonun quru maddəsinin ümumi miqdarı 3,5 qram təşkil edir.



Teqlər:





Xəbər lenti