Fizuli Ələkbərov şikayətləri dinləyib

Fizuli Ələkbərov şikayətləri dinləyib
  05 İyul 2013    Oxunub:1580
Nazir Fizuli Ələkbərov növbəti vətəndaş qəbulunu
Lənkəran rayonunda keçirib.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi tərəfindən Bakıda və müxtəlif bölgələrdə vətəndaş qəbulları davam etdirilir. Bu istiqamətdə növbəti tədbir kimi, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, iyulun 5-də nazir Fizuli Ələkbərov Lənkəran rayonunda Astara, Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar rayonlarının sakinlərini qəbul edib.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, qəbul zamanı ümumilikdə 100 nəfərə yaxın sakinin «Açıq qapı» şəraitində müraciətləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılıb və bir sıra vətəndaşların qaldırdıqları məsələlər yerindəcə həll olunub.

Bununla yanaşı, aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən «Özünədəstək» proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik aztəminatlı ailələr də müəyyən olunaraq, onların aktiv sosial müdafiə tədbirlərinə cəlb edilməsi qərara alınıb. Nazir Fizuli Ələkbərov digər müraciətlərdə əksini tapan məsələlərin qısa vaxt ərzində araşdırılaraq obyektiv və ədalətli şəkildə həllini tapması barədə müvafiq struktur bölmələrinə tapşırıqlar verib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər aidiyyati qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Lənkəran rayonunda keçirilən qəbul haqqında əvvəlcədən KİV-lərdə məlumat verilib, müraciət etmək istəyən vətəndaşların qeydiyyatı aparılıb.

Onu da bildirək ki, ötən il və cari ilin 6 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri və nazirliyin digər rəhbər şəxsləri tərəfindən Bakıda və müxtəlif bölgələrdə ümumilikdə 23 dəfə vətəndaş qəbulu, eyni zamanda bölgələrdə yaşayan vətəndaşların videokonfrans sistemi vasitəsilə distant formada qəbulu həyata keçirilib. Qəbullar nəticəsində ümumilikdə min nəfərədək vətəndaşın müraciətləri araşdırılaraq, müvafiq tədbirlər görülüb.

Bununla yanaşı, 24 may 2013-cü il tarixdə nazir Fizuli Ələkbərov tərəfindən ölkədə ilk dəfə olaraq Nazirliyin rəsmi facebook səhifəsi vasitəsilə 70-ə yaxın, ümumən isə bu sosial şəbəkə üzrə indiyədək 120-ə yaxın müraciət cavablandırılıb.


Teqlər:  





Xəbər lenti