Berluskoni səs alır

Berluskoni səs alır
  21 Fevral 2013    Oxunub:1820
Keçmiş baş nazir seçicilərini satın alır
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni parlament seçkilərinə sayılı günlər qalmış bir vaxtda qara piyara əl atmaq qərarına gəlib. O, öz potensial seçicilərinə göndərdiyi məktublarda ona veriləcək səsin əvəzini layiqincə alacaqlarını bildirməklə şişirdilmiş vədlər verir.
Berluskoninin rəqibləri onun bu cəhdini rüşvətxorluğa cəhd adlandıraraq onu prokurorluğa şikayət ediblər.
“La Republica”nın məlumatına görə Siciliya, Veneto və Lombardiya sakinləri artıq Berluskoninin məktublarını alıblar. Məktubun üzərində yazılıb: “ Vacib məlumat: 2012-ci ilin əmlak vergisi geri qaytarılacaq”. Bununla yanaşı Berluskoni seçicilərinin əmlak vergisini ödəməyə söz verir. “Azadlığın xalqı” partiyasının sədrinin söz verdiyi pulları, seçicilər həm nəğd, həm də köçürmə yolu ilə ala biləcəklər.
“ Mən bilirdim ki, o hökumətin pulları hesabına səs toplamağa çalışır. Amma bilməzdim ki, o pulları adi zərfdə göndərəcək”-deyə Mario Monti bildirib.
Qeyd edək ki, İtaliyada parlament seçkiləri Fevralın 24 və 25-də keçiriləcək.


Teqlər:





Xəbər lenti