AXCP və Müsavat funksionerləri bir-birini təhqir etdi
AzVision.az xəbər verir ki, “Yeni Müsavat” qəzetinin redaktoru isə AXCP sədrinin müavininə “Facebook” sosial şəbəkəsində cavab verib. O, bildirib ki, Nurəddin Məmmədli kimi bir adamın müxalifətçilikdən, əqidədən, haqdan, ədalətdən danışmağa haqqı yoxdur. “Nurəddin Məmmədli öz liderini, partiya sədrini 500 dollarlıq maaşa satıb aradan çıxan birisidir. 2003-cü ildə Sərdar Cəlaloğlunu türmədə ola-ola Nurəddin Məmmədli bütün mənəvi hədləri aşaraq, ADP-dən AXCP-yə gəldi. Bunun da bircə səbəbi var idi: seçkidən sonra Rəsul Quliyev buna verdiyi aylıq məvacibi dayandırmışdı. Bu 500 dollarlıq siyasətmuzdur da ilk fürsətdəcə aradan çıxdı”.
A.Ayxanın sözlərinə görə, bu cür əxlaq sahibi indi gəlib, onlara mənəviyyat dərsi keçmək istəyir: “Sabah Əli Kərimli bunun maaşını kəssin, görün nə biabırçılıqlar edir. Bu adama heç AXCP-də də hörmət qoymurlar bildiyim qədər. Lağ-lağı, “prikol” hədəfidir partiyada. Kim kefini durultmaq istəsə onu ələ salıb əylənir”.
Azər Ayxanın yazdığı son sözlər isə daha kəskin olub. Belə ki, o Nurəddin Məmmədinin ünvanına bu sözləri deyib: “Ayıbına kor ol, barı sən danışma, ay 500 dollarlıq...”.
AzVision.az