Ermənilər moldovalı ombudsmanı hədələyirlər

Ermənilər moldovalı ombudsmanı hədələyirlər
  06 İyul 2013    Oxunub:1517
Ermənistanı Azərbaycan xalqının soyqırımında günahlandıran Moldovanın parlament vəkili ermənilər tərəfindən təhdid olunur
Ermənilər bu ölkənin parlamentindəki çıxışında Xocalı soyqırımının ermənilər tərəfindən törədildiyini və bu faktı beynəlxalq ictimaiyyətin tanıdığını bəyan edən Moldovanın parlament vəkili (ombudsman) Aureliya Qriqoriunu təhdid edirlər.

A.Qriqoriu “Facebook” sosial şəbəkəsindəki səhifəsində öz mövqeyində israrlı olduğunu göstərən şərh yerləşdirdikdən sonra moldovalı parlament vəkilinin ünvanına ermənilər tərəfindən daha çox təhdidlər gəlməyə başlayıb.

Misal üçün qeyd edək ki,Yerevandan “Qreq Qre” təxəllüslü bir erməni istifadəçi A.Qriqoriunun “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb: “...Erməni xalqı qarşısında günahkarsınız...biz XXX təşkilatı olaraq xəbərdarlıq edirik...Əgər həyatınız sizin üçün qiymətlidirsə, özünüzü və başqalarını aldatmaqdan əl çəkin”.

AzVision.az


Teqlər:  





Xəbər lenti