TQDK sənəd qəbulunun vaxtını uzatdı
TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bəzi hallarda həmin abituriyentlərin müvafiq sənədləri Komissiyaya vaxtında təqdim etməmələri, bir çox hallarda isə bu barədə məlumatı imtahan günü bildirmələri onlara sağlamlıq imkanları ilə bağlı müvafiq imtahan şəraitinin yaradılmasını mümkünsüz edir.
Bunu nəzərə alaraq, I qrup gözdən əlil və dayaq-hərəkət sistemində çatışmazlıqlar olan abituriyentlərdən müvafiq sənədləri 2013-cü il iyulun 10-dək Bakı şəhəri üzrə TQDK-nın inzibati binasına, digər bölgələr üzrə isə Komissiyanın müvafiq regional bölməsinə təqdim etmələri xahiş olunur.