Sabir Rüstəmxanlı da namizəd olacaq

Sabir Rüstəmxanlı da namizəd olacaq
  21 Fevral 2013    Oxunub:1443
Bu qərar partiyanın bugünkü qurultayında verilib.
Bu gün VHP mərkəzi qərargahında Siyasi Şuranın toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, toplantıda ölkədəki ictimai-siyasi vəziyyət və VHP-nin prezident seçkilərində iştirakı, qurultaya hazırlıq, təşkilati məsələlər müzakirə edilib.
Ümumi müzakirələrdən sonra Siyasi Şura üzvlərinin yekdil razılığı ilə VHP-nin prezident seçkilərində iştirakı barədə qərar qəbul olunub. Seçkilərdə iştirakın forması isə iyun ayına nəzərdə tutulan VHP-nin Ümumrespublika konfransının müzakirəsinə tövsiyyə olunub.
VHP-nin növbəti qurultayına hazırlıq və rayon təşkilatlarının konfransının keçirilməsi məsədilə 7 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb.
VHP sədri Sabir Rüstəmxanlı 21 fevralın Ana Dili günü olduğunu vurğuladı və dövlət dilinin qorunması vacibliyindən və atılan addımlardan danışıb
Sonda partiyaya qəbulla bağlı SŞ-ya edilən 19 müraciətə müsbət cavab verilib. (modern.az)



Teqlər:





Xəbər lenti