Heydər Əliyev Parkının adının dəyişdirilməsi xəbəri yalan çıxdı
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, sədr baş nazir Rəcəp Tayyin Ərdoğanın bununla bağlı ona təlimat verməsi məsələsinin tamamilə yanlış olduğunu bildirib: “Bu məsələ heç vaxt cənab nazirlə müzakirə olunmayıb, bizə belə bir təlimat verilməyib və tamamilə yalan xəbərdir”
Bələdiyyə sədri jurnalistlərə verdiyi açıqlamada bəzi mətbuat orqanlarında çıxan bu xəbərin tam əsassız olduğunu ifadə edib: “Nəinki Heydər Əliyev parkının adının dəyişdirilməsi məsələnin müzakirəsi gündəmdir, biz hətta Azərbaycanın Türkiyədəki konsulluğu ilə də görüşdük, onların yeni layihələri var. Yeni bir park üçün onlara kömək edəcəyik. Daha sonra isə Heydər Əliyev adına olan park yenidən təmir olunacaq və Heydər Əliyevin adına layiq bir park halına salınacaq”
N.Bozquş bu yalan xəbərləri yayan insanlar haqqında qanuni prosedurlar həyata keçiriləcəyini bildirib: “İki dövlət bir millət şüarından hərəkət edərək cənab Heydər Əliyev, bizim üçün rəhbətlik Atatürkümüz kim idisə, Azərbaycanda da Heydər Əliyev elədir. Biz bu məsələni yəni yalan xəbərləri yayanlar haqqında hüquq çərçivəsində ölçü götürülməsi üçün lazım olan işləri görəcəyik”-deyə, Qarsın bələddiyyə sədri əlavə edib.
Sevinc İltifatqızı