Snoudenə iki ölkədən sığınacaq təklifi

Snoudenə iki ölkədən sığınacaq təklifi
  06 İyul 2013    Oxunub:1299
Venesuela və Nikaraqua prezidentləri ABŞ-ın keçmiş kəşfiyyatçısı Edvard Snoudenə siyasi sığınacaq təklifi edib.
AzVision.az BBC-yə istinadən məlumat verir ki, Venesuela prezidenti Nikolas Maduro bildirib ki, onun ölkəsi Moskvada gizlənən Snoudeni siyasi sığınacaqla təmin etməyə hazırdır. Nikaraqua prezidenti Daniel Orteqanın sözlərinə görə, “şərait imkan versə” onun da ölkəsi kəşfiyyatçıya sığınacaq verəcək.

“Wikileaks” məlumat verib ki, Snouden iyulun 5-də daha 6 ölkəyə siyasi sığınacaqla bağlı müraciət edib. ABŞ-ın müdaxiləsindən çəkinərək kəşfiyyatçı ölkələrin adlarını açıqlamayıb. Xatırladaq ki, Snouden siyasi sığınacaq üçün 21 ölkəyə müraciət edib və onların çoxu bundan imtina edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti