Cəbhəçi Rauf Arifoğlunu xain adlandırdı
AzVision.az-ın məlumatına görə, bu sözləri Əli Kərimlinin müavini Nurəddin Məmmədli “Yeni Müsavat” qəzetinin redaktoru Azər Ayxanın haqqında səsləndirdiyi fikirlərə cavab olaraq bildirib.
O, vurğulayıb ki, heç kim mənim Müsavat partiyasına qarşı hər hansı fikrimi nümunə kimi göstərə bilməz:
“Eyni zamanda, Müsavatçı dostlarımızın da əksəriyyəti qarşı Yeni Müsavat qəzetinin hakimiyyətin alətinə çevrilməsinin fərqindədirlər. Qaldı, Rauf Arifoğlu və onun qardaşının çılğınlığına, bunu da anlamaq çətin deyil. Xain xoflu olar, narahatdılar. Bu rejimin günahlarına şərik olmaq qorxusu isterikaya, qərəzçiliyə yol açır. Hamı yaxşı bilir ki, məni 2 qardaş və bütün digər satılmışlara birlikdə verildiyindən çox versələr belə əqidəmdən döndərmək mükün deyil”.
Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin redaktoru Azər Ayxan cəbhəçi Nurəddin Məmmədlini 500 dollarlıq siyasətmuzdur adlandırıb.