Gezi parkına görə 86 yaşlı nənə cərimələnib

Gezi parkına görə 86 yaşlı nənə cərimələnib
  06 İyul 2013    Oxunub:1434
86 yaşlı nənə Gezi parkındakı etirazlar zamanı nümayişçilərə dəstək xarakterli hərəkətinə görə cərimələnib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nənə Sevim Uysal və nəvəsi müxalif düşüncələrinə görə günahlandırılır.

Onları müdafiə edən vəkil, demokratik ölkədə aksiyaya dəstək olmağın vətəndaşın qanuni haqqı olduğunu və bu cür cərimənin qanuna zidd olduğunu dilə gətirib. Qazan-tavanı bir-birinə vurmağın da bir ifadə və düşüncə azadlığı olduğuna toxunan vəkil, həmin səsin instrumental bir musiqi şəklində ortaya çıxdığını bildirib.
O, bu hərəkətin heç bir qanuna qarşı çıxmadığını, heç kəsi narahat etmədiyinə dair detallar ilə aydınlıq gətirib.

Qeyd edək ki, vəkil bu cəzanın qanunla ləğvini tələb edərək, ortaya hüquqi faktlar qoysa da, hələ ki, cərimə ləğv olunmayıb.

Mirvari



Teqlər:  





Xəbər lenti