Azərbaycanlı pilot qalib gəldi

Azərbaycanlı pilot qalib gəldi
  30 Yanvar 2016    Oxunub:2960
Azərbaycanlı pilot Gülhüseyn Abdullayev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Formula Gulf 1000 yarışına dünənki sərbəst yürüşlərdən qoşulmuş və ilk iki seansda 5-ci, 3-cü seansda isə 3-cü olmuşdu. Onun bu seriyada iştirak etməsinin səbəbi qarşıdakı mövsümdə mübarizə aparacağı EuroFormula Open seriyasına hazırlaşmaqdır.

Gənc pilotumuz, Azərbaycanı dəfələrlə kartinq yarışlarında uğurla təmsil etmiş Gülhüseyn Abdullayev bir qədər əvvəl mübarizəsini uğurla başa vurub.

Bu gün keçirilən hər iki yarış üçün vahid sıralanma turu tətbiq edilib. Bu seansda 3-cü olan Gülhüseyn ilk yarışda bir qədər pis start alıb. Cəmi 10 dövrədən ibarət olan yarışda startdakı uğursuzluğa baxmayaraq 3-cü olub. Danimarkalı Kato Poulsen 1-ci, səudiyyə ərəbistanlı Maşur Bal Hacelia 2-ci olub.

İkinci yarışa isə möhtəşəm başlayan həmyerlimiz elə ilk döngədə liderliyi ələ alıb. Yarışın sonuna qədər üstünlüyünü qoruyub qalib gəlib. Səudiyyə Ərəbistanını təmsil edən Ömər Qazzaz 2-ci yeri tutarkən, 3-cü Culio Peroni olub (f-1.az).



Teqlər:  





Xəbər lenti